Ağsuda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır
Ağsu rayonunda dağlıq ərazidə başlayan yanğın meşəliklərə yaxınlaşır.
1news.az-ın verdiyi xəbərə görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.
Hazırda yolsuzluq və çətin relyef şəraitində getdikcə yayılan yanğını söndürülməsi üçün gərgin mübarizə aparılır.
1news.az
301












