Ağsudakı yanğın məhdudlaşdırılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsudakı yanğın məhdudlaşdırılıb - VİDEO

S.Xankişiyeva14:38 - 06 / 08 / 2021
Ağsudakı yanğın məhdudlaşdırılıb - VİDEO

Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən 1news.az-a verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğınsöndürmə əməliyyatlarına Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.

Paylaş:
331

Son xəbərlər

Bütün xəbərlər