Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb – FOTO – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb – FOTO – YENİLƏNİB

S.Xankişiyeva13:31 - 07 / 08 / 2021
Bakının mərkəzində ağaclıq ərazidə baş verən yanğın söndürülüb – FOTO – YENİLƏNİB

Bakının Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə baş verən yanğın söndürülüb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Ərazinin qalan hissəsi yanğından mühafizə olunub.

13.16

Bakının mərkəzində ağaclıq ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) 1news.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub.

Paylaş:
882

Son xəbərlər

Bütün xəbərlər