Bakıda 3, Biləsuvarda 1 avtomobil yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda 3, Biləsuvarda 1 avtomobil yanıb

09:50 - 09 / 08 / 2021
Bakıda 3, Biləsuvarda 1 avtomobil yanıb

Bakının Binəqədi rayonunda "Ford" markalı (qəzalı) yük avtomobilinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan digər avtomobilin - "Mercedes" markalı yük avtomobilinin 1 qapısı, üstündə olan soyuducusu qismən və "Jeep" markalı minik avtobilinin 1 ədəd arxa fənəri və buferi əriyib.

Avtomobillərin qalan hissəsi yanğından mühafizə olunub.

Biləsuvar rayonunun Çaylı kəndində isə "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1news.az

Paylaş:
325

Son xəbərlər

Bütün xəbərlər