Dünən 2217 nəfər isə COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünən 2217 nəfər isə COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

S.Xankişiyeva10:13 - 10 / 08 / 2021
Dünən 2217 nəfər isə COVID-19 pasportu olmadığına görə toya buraxılmayıb

Avqustun 9-da Daxili İşlər Nazirliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 290 toy şənliyinin monitorinqini həyata keçirib.

DİN-dən 1news.az-a verilən məlumata görə, monitorinq 241 şadlıq sarayında, 49 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 58 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 2 nəfər barədə material baxılması üçün məhkəməyə göndərilib, 2 217 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Paylaş:
424

Son xəbərlər

Bütün xəbərlər