Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil – Nazirlik | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil – Nazirlik

S.Xankişiyeva15:30 - 11 / 08 / 2021
Azərbaycanda iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil – Nazirlik

“COVID-19 vaksinlərinin tərkibində antibiotik yoxdur. Ona görə də peyvənd vurdurmaqdan çəkinmək lazım deyil”.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O bildirib ki, əks göstəriş üçün həkim yoxlanışı lazımdır.

T.Eyvazov yoluxma saylarının artması məsələsinə də aydınlıq gətirib: “Yeni ştamların yoluxuculuğu daha yüksəkdir. O ölkələrdə ki vaksinasiya yüksək səviyyədədir, orada yoluxma sayı çox olsa da, gündəlik ölüm faktı aşağıdır. Bu da böyük nailiyyətdir. Azərbaycanda 5 milyon insana vaksin vurulsa da, iki doza peyvənd edilən şəxslərin sayı kifayət qədər deyil. Bu səbəbdən kütləvi vaksinasiyanın olması şərtdir. Gürcüstan və İranda isə bu sahədə vəziyyət olduqca acınacaqlıdır”.

Paylaş:
842

Son xəbərlər

Bütün xəbərlər