Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub

S.Xankişiyeva10:15 - 11 / 08 / 2021
Qəbələdəki yanğını söndürmək üçün helikopter cəlb olunub

Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

FHN-dən 1news.az-a verilən məlumata görə, Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Yanğının söndürülməsini sürətləndirilmək məqsədilə Nazirliyin Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

Paylaş:
484

Son xəbərlər

Bütün xəbərlər