Müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edildi - FOTO

13:48 - 12 / 08 / 2021
Müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edildi - FOTO

Qaradağ rayonu Lökbatan qəsəbəsində müştərilərə qəlyan təklif edən daha bir kafe sahibi həbs edilib.

1news.az xəbər verir ki, paytaxtın Qaradağ rayonunda karantin qaydalarına zidd olaraq müştərilərə qəlyan təklif edən daha bir kafe aşkarlanıb. Rayon Polis İdarəsinin əməkdaşları Lökbatan qəsəbəsində yerləşən ‘’Pub-110’ adlı kafenin sahibi Emin Məmmədovun müştərilərə qəlyan verdiyi aşkar ediblər. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Emin Məmmədov 8 sutka inzibati qaydada həbs edilib.

Aytən Sakitqızı

Paylaş:
322

Son xəbərlər

Bakıda üç avtomobil yanıb

24 / 04 / 2025, 16:30

İsmayıllıda zəlzələ olub

24 / 04 / 2025, 14:45
Bütün xəbərlər