Qəbələdəki yanğının söndürülməsinə yerli sakinlər cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdəki yanğının söndürülməsinə yerli sakinlər cəlb olunub

11:48 - 12 / 08 / 2021
Qəbələdəki yanğının söndürülməsinə yerli sakinlər cəlb olunub

Dünən Qəbələdə mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğın hazırda 3 istiqamətdə - Abrıx, Solqucar, Damnıx kəndlərinin yüksək dağlıq ərazisindəki meşə sahəsində davam edir.

1news.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qrumunun rəsmisi Akif Məmmədov bildirib.

O qeyd edib ki, yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün yerli qurumlarının əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin regional yanğından mühafizə xidmətlərinin yanğınsöndürənləri və 1 helikopteri, rayon icra hakimiyyətinin nümayəndələri, yerli kənd camaatı cəlb olunub.

“Yanğın mürəkkəb relyefli dağlıq ərazidə yerləşdiyi üçün ora yanğınsöndürən avtomobillər çıxa bilmədiyindən alovun qarşısını əl əməyi ilə almağa çalışırıq”.

Aytən Sakitqızı

Paylaş:
244

Son xəbərlər

Bütün xəbərlər