Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb

S.Xankişiyeva12:35 - 12 / 08 / 2021
Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb

Vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılması, məhkəmə icraatının effektivliyinin yüksəldilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması, eləcə də məhkəməyə daxil olan zənglərin vahid mərkəzdən idarə edilərək cavablandırılmasında operativliyin təmin edilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsində xüsusi “Çağrı Mərkəzi” yaradılıb.

Belə ki, “Çağrı Mərkəzi” həftənin iş günləri saat 09:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.

Məhkəmə istifadəçiləri müraciətlərini 012-526-26-26 və 1926 qısa nömrəsi ilə “Çağrı Mərkəzi”nin “Qaynar Xətt”inə ünvanlaya bilərlər.

Paylaş:
991

Son xəbərlər

Bütün xəbərlər