Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı tapşırıqları tam icra edilib - Etibar Mirzəyev | 1news.az | Xəbərlər
Cəmiyyət

Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı tapşırıqları tam icra edilib - Etibar Mirzəyev

S.Xankişiyeva14:19 - 13 / 08 / 2021
Prezident İlham Əliyevin Türkiyədəki yanğınlarla bağlı tapşırıqları tam icra edilib - Etibar Mirzəyev

Prezident İlham Əliyevin Türkiyədəki yanğınların qarşısının alınması və geniş miqyas almasına imkan verilməməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam icra edilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu sözləri fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev jurnalistlərə müsahibəsində deyib.

Nazir müavini bildirib ki, avqustun 12-də Muğladakı böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: “Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə və soyutma işlərinin aparılmasına nail olmuşuq. Əsas məqsəd yanğınların strateji bölgələrə və yaşayış məntəqələrinə yaxınlaşmasının qarşısını almaq olub”.

Paylaş:
448

Son xəbərlər

Bütün xəbərlər