185 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

185 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb

10:37 - 13 / 08 / 2021
185 nəfər “COVID-19” pasportu olmadığına görə toya buraxılmayıb

Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 30 toy şənliyinin monitorinqini həyata keçirib.

1news.az xəbər verir ki, monitorinq 28 şadlıq sarayında, 2 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:

- 3 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;

- 185 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Aytən Sakitqızı

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər