İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə ev şəraitində müalicə alan koronavirus xəstəsi, rayonun İvanovka kənd sakini İvan Prokofyevin infeksiyanın yayılmasına şərait yaratdığı müəyyən edilib.
DİN-in mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, COVID-19 virusunun daşıyıcısı olan həmin şəxsə xəbərdarlıq edilməsinə baxmayaraq o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları tərəfindən həmin şəxs kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və evinə geri qaytarılıb.
İ.Prokofyev barəsində İsmayıllı Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
423