Ölkədə sərt karantin rejimi yenidən tətbiq ediləcək? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkədə sərt karantin rejimi yenidən tətbiq ediləcək? - AÇIQLAMA

12:53 - 16 / 08 / 2021
Ölkədə sərt karantin rejimi yenidən tətbiq ediləcək? - AÇIQLAMA

Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayı artıb.

1news.az xəbər verir ki, elə təkcə ötən gün ölkədə koronavirus (COVID-19) infeksiyasına 2 993 yeni yoluxma faktı qeydə alınıb. Bu rəqəm ölkə əhalisinin narahatlığına səbəb olub. Vətəndaşlar hesab edir ki, karantinin yenidən sərtləşəcək. Hətta rəsmi qurumların nümayəndələri belə öz müsahibələrində sərt karantinin olması ilə bağlı fikirlər səsləndirirlər.
Bəs görəsən doğrudanmı ölkədə karantin rejimi yenidən sərtləşdiriləcək?

Həkim-mütəxəssis Vasif İsmayıl "ARB24"-ə müsahibəsi zamanı bildirib ki, gündəlik yoluxma sayına görə qapanma tətbiq edilməyəcək. Amma aktiv xəstə sayına görə qoyulacaq.

Həkim Ümüd Səlimzadə də qeyd edib ki, Azərbaycanda dördüncü dalğa müşahidə oluna bilər:

“Bundan sonra ölkədə bir neçə dalğa müşahidə olunacaq. Bu dalğaların daha qorxusuz keçməsi üçün əhali peyvəndlənmə marağında olmalıdır".

Baş infeksionist Təyyar Eyvazov da hesab edir ki, bəzi vətəndaşlar vaksinasiyadan imtina edərlərsə, vəziyyət ən pis həddə doğru dəyişə bilər.

Elə Səhiyyə Nazirliyi də açıqlayıb ki, koronavirusa yoluxma və ölüm halları vaksinasiya olunmayanlar arasında yüksəkdir. Peyvənd yoluxmanın qarşısını tam almasa da, xəstəlik dövründə ağırlaşma və ölüm hallarını kifayət qədər azaldır.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 368 002 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 338 925nəfər müalicə olunaraq sağalıb, 5 153 nəfər vəfat edib, aktiv xəstə sayı 23 924 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 376, ötən müddət ərzində isə ümumilikdə 4 210 440 test aparılıb.

Aytən Sakitqızı

Paylaş:
377

Son xəbərlər

Bütün xəbərlər