Zaqatalada qaydaları pozan şadlıq sarayı aşkarlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada qaydaları pozan şadlıq sarayı aşkarlandı

Qafar Ağayev13:08 - 17 / 08 / 2021
Zaqatalada qaydaları pozan şadlıq sarayı aşkarlandı

Zaqatala rayonu, Yuxarı Tala kəndində fəaliyyət göstərən “Dəniz” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Bu barədə 1news.az-a Qida Təhlükəsizliyi agentliyindən bildirilib.

Məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, həmçinin, sıxlıq normalarının gözlənilmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər