Qanunsuz ova cəhd edən şəxs cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz ova cəhd edən şəxs cəzalandırıldı

10:06 - 17 / 08 / 2021
Qanunsuz ova cəhd edən şəxs cəzalandırıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz balıq ovuna cəhd edən şəxs saxlanılıb.

Bunu 1news.az-a açıqlamasında Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayonu, Köçəkli kənd sakini Cəmil Mehrəliyev olduğu məlum olub.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Aytən Sakitqızı

Paylaş:
255

Son xəbərlər

Bütün xəbərlər