Bu günə kimi peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu günə kimi peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva17:37 - 19 / 08 / 2021
Bu günə kimi peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 58282 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47690, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 10592 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 5991016, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3574157, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2416859 təşkil edir.

Paylaş:
659

Son xəbərlər

Bütün xəbərlər