Qanunsuz balıq ovuna cəhd edən şəxslər cəzalandırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qanunsuz balıq ovuna cəhd edən şəxslər cəzalandırıldı

10:37 - 19 / 08 / 2021
Qanunsuz balıq ovuna cəhd edən şəxslər cəzalandırıldı

Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Kür çayının Qoruq ərazisindən keçən hissəsində qanunsuz balıq ovuna cəhd edən şəxslər saxlanılıb.


Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova 1news.az-a açıqlamasında bildirib ki, araşdırma zamanı brakonyerlərin Tovuz rayon sakini Amin Abdullayev və Ağstafa rayon sakini Biləndər Qurbanov olduğu məlum olub.
“Faktla bağlı təqsirkarlar barəsində qanunamüvafiq tədbirlər görülüb və onlardan qanunsuz ov alətləri götürülüb”.

Aytən Sakitqızı

Paylaş:
434

Son xəbərlər

Bütün xəbərlər