Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb

Qafar Ağayev13:43 - 20 / 08 / 2021
Qəbələdə dağlıq ərazidəki yanğın söndürülüb

Qəbələ rayonunun Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş tədbirlər sayəsində bu gün günorta saatlarında söndürülüb.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təqribən, 35 hektar ərazidə quru ot və kol-kos yanıb.

Qeyd edək ki, yanğınla mübarizə tədbirlərinə, ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri cəlb olunub. Yanğınsöndürmə işlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib.

Hazırda bəzi yerlərdə soyutma tədbirləri görülür.

Paylaş:
1257

Son xəbərlər

Bütün xəbərlər