Qazi Elçin ona verilən evi digər müharibə iştirakçısına bağışlayıb - VİDEO
Qəbələ rayonunda yaşayan Vətən müharibəsi qazisi Elçin Səmədovun ona verilən mənzili döyüş yoldaşına bağışlaması ilə bağlı xəbərlər yayılıb.
1news.az-ın avtosfer.az-a istinadla verdiyi xəbərə görə, qazinin bu hərəkəti təqdir edilsə də, ehtiyacı olduğu evi başqasına bağışlaması birmənalı qarşılanmayıb.
E.Səmədovun anası Vüsalə Şükürova bildirib ki, ƏƏSM Nazirliyinin tikdiyi evdən əlavə, başqa bir iş adamı tərəfindən onlara bina evindən mənzil hədiyyə edilib: “Elçinin də ürəyindən belə bir istək gəldi ki, iş adamının bizə verdiyi evi rayondan olan digər bir imkanı olmayan müharibə iştirakçısına versin. Hazırda həmin qazi binada yaşayır. Ona mənzili 4 ay bundan qabaq vermişik. Biz isə ailə üzvlərimizlə birgə nazirliyin tikdiyi mənzildə yaşayırıq. Həyat şəraitimiz yaxşılaşıb. Elçinin də səhhəti normaldır”.