“Vəfat edənlərin 99 faizi vaksin olunmayan şəxslərdir”- Yaqut Qarayeva

“Mart ayından bu günə kimi yoluxan insanların arasında statistika aparmışıq. O gündən bu günə yoluxaraq reanimasiyaya düşən insanların 96 faizi peyvənd olunmayanlardır. Süni tənəffüs aparatına qoşulanların 97 faizi isə vaksin olunmayanlardır. Vəfat edənlərin isə 99 faizi vaksin olunamayan şəxslərdir. Bu çox ciddi rəqəmlərdir”.
1news.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva bildirdi.
Departament müdiri həmçinin əlavə etdi ki, vaksinasiya 100 faiz effektiv deyil. Amma olunması vacibdir.Onu da qeyd edim ki, vaksin olunanlarınh 0.6 faizində kritik yoluxma nəticəsində qospitalizasiya müşahidə olunur.
Aytən Sakitqızı