DİN rəsmisi: Polis əməkdaşları obyektlərə mülki geyimlərdə də daxil olacaq
“Monitorinq qrupunda xidmətə cəlb olunan polis əməkdaşları həm xidməti geyimdə olacaqlar, həm də mülki geyimdə monitorinq qruplarının tərkibində qəfləti yoxlamalar həyata keçirəcəklər”.
1news.az xəbər verir ki, bunu DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, obyektlərdə və təhsil müəssisələrində həmin şəxslərin polis olduğu bilinməyəcək.
“Yoxlamadan keçib obyekdə daxil olacaqlar, orada mövcud vəziyyətin, normanın necə həyata keçilməsinə nəzarət edəcəklər”
732