Goranboyda 12 yaşlı oğlan anasının tanışı tərəfindən döyülərək öldürülüb – Prokurorluq | 1news.az | Xəbərlər
Cəmiyyət

Goranboyda 12 yaşlı oğlan anasının tanışı tərəfindən döyülərək öldürülüb – Prokurorluq

Qafar Ağayev15:03 - 23 / 08 / 2021
Goranboyda 12 yaşlı oğlan anasının tanışı tərəfindən döyülərək öldürülüb – Prokurorluq

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.
Goranboy rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilmişdir ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülmüş, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İkram Hüseynov şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda istintaq davam etdirilir.

Paylaş:
712

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər