II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə | 1news.az | Xəbərlər
Cəmiyyət

II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Qafar Ağayev10:23 - 23 / 08 / 2021
II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərin nəzərinə

Bu gün saat 15:00-da Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi vasitəsilə Mərkəzin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə II və III ixtisas qrupu üzrə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək və abituriyentlərin suallarını cavablandıracaq.

1news.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 30-dək internet vasitəsilə aparılır.

İxtisas seçimi ilə əlaqədar sualları canlı yayım zamanı müvafiq postun altına yazmaq olar.

Paylaş:
522

Son xəbərlər

Bütün xəbərlər