Ötən gün Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

S.Xankişiyeva10:37 - 24 / 08 / 2021
Ötən gün Bakıda temperatur normadan 3 dərəcə yuxarı olub

Avqustun 24-ü saat 10:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əksər rayonlarda əsasən yağmursuz keçib, lakin gündüz saatlarında bəzi qərb rayonlarında şimşək çaxıb, qısamüddətli yağış yağıb.

1news.az-ın verdiyi xəbərə görə,Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkirdə 1.0 mm-dək olub. Cənub-qərb küləyi Daşkəsəndə arabir 25-30 m/s-dək güclənib.

Avqustun 23-də Bakıda iqlim normasından 3 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39°-dək isti, aran rayonlarında 39°-dək isti, dağlıq rayonlarda 28°-dək isti, Naxçıvan MR-da 40°-dək isti olub.

Paylaş:
489

Son xəbərlər

Bütün xəbərlər