Azərbaycanda uşaqların boy və çəkisinə dair yeni norma müəyyənləşib
“Azərbaycanda 20 minə yaxın uşaq arasında boy-çəki normaları ilə bağlı tədqiqat aparılıb. Tədqiqat sırf azərbaycanlı uşaqları əhatə edib”.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımında Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov deyib.
Baş pediatr bildirib ki, artıq hər kəs öz uşağının boy və çəkisinin normaya uyğun olub-olmadığını müəyyənləşdirə biləcək: “Tədqiqat nəticəsində yeni normalar qəbul olunub. Mən bu sənədi Səhiyyə Nazirliyinə göndərəcəyəm. Səhiyyə Nazirliyinin saytında yerləşdiriləndən sonra hər kəs bu sənədlə tanış ola biləcək”.
492