Yasamalda şirkət əməkdaşını cərəyan vurub öldürdü | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamalda şirkət əməkdaşını cərəyan vurub öldürdü

10:26 - 26 / 08 / 2021
Yasamalda şirkət əməkdaşını cərəyan vurub öldürdü

Avqustun 25-i saat 17 radələrində Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında bir nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Yasamal Rayon Prokurorluğundan 1news.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev qeyd edilən ünvanda elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı Yasamal rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər