Xəstəxananın baş direktoruna cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Xəstəxananın baş direktoruna cinayət işi açıldı

Qafar Ağayev11:20 - 26 / 08 / 2021
Xəstəxananın baş direktoruna cinayət işi açıldı

“Hacıqabul rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barədə cinayət işi başlanıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu mənimsəmə və israfetmədə təqsirləndirilib. Baş direktora qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-na təyin edilib. Prosesə hakim Aqil Musayev sədrlik edəcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

Paylaş:
512

Son xəbərlər

Bütün xəbərlər