Azərbaycan bir sutkada koronavirusa yoluxanların sayı yenə 4000-i keçdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan bir sutkada koronavirusa yoluxanların sayı yenə 4000-i keçdi

Qafar Ağayev17:33 - 27 / 08 / 2021
Azərbaycan bir sutkada koronavirusa yoluxanların sayı yenə 4000-i keçdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4203 yeni yoluxma faktı qeydə alınıb, 1723 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 409745 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 354864 nəfər müalicə olunaraq sağalıb, 5469 nəfər vəfat edib, aktiv xəstə sayı 49412 nəfərdir.

Ölkədə son sutka ərzində 16136, hazırkı dövrədək isə 4395646 test aparılıb.

Paylaş:
532

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər