Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib - FOTO

Qafar Ağayev13:41 - 30 / 08 / 2021
Zaqatalada karantin qaydalarını pozan toy sahibi cərimələnib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-profilaktik tədbirlər zamanı fərdi evdə təşkil edilən şənlik mərasimində karantin qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, rayonun Muxax kəndində Əşraf Abakarova məxsus evin həyətyanı sahəsində keçirilən mərasimdə 50 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin qaydalarını pozan ev sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq cərimələnib.

Paylaş:
457

Son xəbərlər

Bütün xəbərlər