Ötən sutka Azərbaycanda 1225 nəfərə vaksin vurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən sutka Azərbaycanda 1225 nəfərə vaksin vurulub

Qafar Ağayev17:21 - 30 / 08 / 2021
Ötən sutka Azərbaycanda 1225 nəfərə vaksin vurulub

Azərbaycanda ötən sutka koronavirus (COVID-19) əleyhinə 1 225 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 768, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 457 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 6 689 031, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 043 744, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 645 287 təşkil edir.

Azərbaycanda 30 avqusta olan koronavirus statistikası açıqlandı

Paylaş:
455

Son xəbərlər

Bütün xəbərlər