Azərbaycanda 30 avqusta olan koronavirus statistikası açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda 30 avqusta olan koronavirus statistikası açıqlandı

Qafar Ağayev17:14 - 30 / 08 / 2021
Azərbaycanda 30 avqusta olan koronavirus statistikası açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3107 yeni yoluxma faktı qeydə alınıb, 1770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 421103 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 362898 nəfər müalicə olunaraq sağalıb, 5592 nəfər vəfat edib, aktiv xəstə sayı 52613 nəfərdir.

Ölkədə son sutka ərzində 11191, hazırkı dövrədək isə 4442244 test aparılıb.

Ötən sutka Azərbaycanda 1225 nəfərə vaksin vurulub

Paylaş:
1219

Son xəbərlər

Bütün xəbərlər