“Mall”, restoran və hotellərə bu şəxslər buraxılacaq – İmmun və əks göstəriş sertifikatı olanların NƏZƏRİNƏ - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Mall”, restoran və hotellərə bu şəxslər buraxılacaq – İmmun və əks göstəriş sertifikatı olanların NƏZƏRİNƏ - VİDEO

Qafar Ağayev11:01 - 01 / 09 / 2021
“Mall”, restoran və hotellərə bu şəxslər buraxılacaq – İmmun və əks göstəriş sertifikatı olanların NƏZƏRİNƏ - VİDEO

Bu gündən etibarən qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olanlar istifadə edə biləcək.

Operativ Qərargahın qərarına əsasən, sentyabrın 1-dən yaşı 18-dən yuxarı olan şəxslər ictimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərinə yalnız COVID-19 pasportu olanlar buraxılacaq.

Ancaq Operativ Qərargahın bu qərarı bir sıra suallar ortaya çıxarır. Belə ki, bir doza vaksin vurduranların, immun sertifikatı olanların və vaksinə qarşı əks göstərişi olanların bu məkanlara girişinə icazənin olub-olmaması hamını maraqlandıran məsələlərdir.

Məsələ ilə bağlı bağlı 1news.az-a danışan DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, qeyd olunan məkanlara COVID-19 pasportu olanlar, inmmun sertifikatı olanlar və əks göstəriş sertifikatı olanlar daxil ola bilər.

"İctimai iaşə müəssisələrində, mehmanxana və iri ticarət mərkəzlərində qapalı məkanda göstərilən xidmətlərdən yalnız iki doza vaksinasiyadan keçmiş pasportla təmin olunan şəxslər istifadə edə bilərlər. Eyni zamanda immun sertifikatı və əks-göstəriş sertifikatıCOVID-19 pasportu ilə bərabər hüquqa sahibdir. Həmin məkanların işçi heyətinin isə isə sentyabrın 1-dən etibarən COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunmaları və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir".

Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən bu gündən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılır.

Qərara əsasən, bu gündən etibarən:

- dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə aşağıda qeyd olunan müəssisələrin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur:

- mülkiyyət formasından asılı olmayaraq bütün tibb və əczaçılıq müəssisələri;

- mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələri;

1. Kommunal sahə üzrə:
1.1. elektrik enerjisi, qaz, istilik ilə təchizat;
1.2. su təchizatı və meliorasiya, çirkli suların yığılması və
təmizlənməsi;
1.3. tullantıların yığılması, emalı və məhv edilməsi.


2. Nəqliyyat, logistika və kommunikasiya sahəsi üzrə:
2.1. dəmir yolu, dəniz, hava və avtomobil nəqliyyatı ilə yük və
sərnişin daşınması, o cümlədən taksi fəaliyyəti;
2.2. liman xidmətləri;
2.3. logistika xidmətləri;
2.4. telekommunikasiya və rabitə xidmətləri;
2.5. poçt və kuryer fəaliyyəti.


3. Sosial sahə üzrə:
3.1. sosial xidmətlərin göstərilməsi;
3.2. fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxslər üçün
baxıcılıq xidməti.


4. Ticarət və ictimai iaşə sahəsi üzrə:
4.1. topdan və pərakəndə ticarət;
4.2. ictimai iaşə;
4.3. yeməklərin göndərilməsi və çatdırılma xidmətləri.


5. Turizm sahəsi üzrə:
5.1. mehmanxanalar və digər yerləşmə vasitələri xidmətləri
göstərən müəssisələr;
5.2. turagentliklərinin və turoperatorların fəaliyyəti.


6. Maliyyə xidmətləri üzrə:
6.1. maliyyə və sığorta fəaliyyəti (bank, bank olmayan kredit
təşkilatları, lombardlar, sığorta təşkilatları, ödəniş xidmətləri).


7. Digər sahələr üzrə:
7.1. poliqrafiya fəaliyyəti, çap və surətçıxarma xidmətləri;
7.2. bütün növ maşın və avadanlıqların quraşdırılması və təmiri;
7.3. kompüterlərin və rabitə avadanlıqlarının, şəxsi istifadə
əşyalarının, məişət mallarının təmiri;
7.4. avtomobillərə və motosikletlərə texniki xidmət göstərilməsi,
onların təmiri və yuyulması;
7.5. kirayə və lizinq fəaliyyəti;
7.6. daşınmaz əmlakın alınması və satılması xidmətləri;
7.7. memarlıq, mühəndislik, layihələndirmə və texniki məsləhətlər
verilməsi sahəsində fəaliyyət;
7.8. reklam fəaliyyəti və bazarın öyrənilməsi;
7.9. işə düzəltmə agentliklərinin fəaliyyəti;
7.10. tədris və repetitor xidmətləri;
7.11. tərcümə üzrə xidmətlər;
7.12. dizayn fəaliyyəti;
7.13. fotoqrafiya sahəsində fəaliyyət;
7.14. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı
göstərilən xidmətlər (mühasibat uçotu və audit, hüquq,
kommersiya fəaliyyəti və idarəetmə məsələləri üzrə məsləhət
(konsaltinq) xidmətləri və sahibkarlıq subyektlərinə təqdim
edilən bu kimi digər iş və xidmətlər);
7.15. istehsal və yaşayış binalarının, mənzillərin təmizlənməsi və
yığışdırılması;
7.16. dezinfeksiya xidmətləri;
7.17. toxuculuq və xəz məmulatlarının yuyulması və kimyəvi
təmizlənməsi;
7.18. dərzi xidmətləri;
7.19. bərbərxana və gözəllik salonları;
7.20. baytarlıq fəaliyyəti;
7.21. heyvan sığınacaqları;

Eni zamanda ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb olunur;

Bununla yanaşı yaşı 18-dən yuxarı olan şəxslər aşağıdakı yerlərdə qapalı məkanda göstərilən xidmətlərdən yalnız COVID-19 pasportu olduğu halda istifadə edə bilərlər:

- ictimai iaşə müəssisələrində;

- mehmanxanalarda;

- iri ticarət mərkəzlərində.

Paylaş:
1166

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər