Azərbaycanda 3 sentyabra olan koronavirus statistikası açıqlandı
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3762 yeni yoluxma faktı qeydə alınıb, 3812 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 38 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 436257 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 377287 nəfər müalicə olunaraq sağalıb, 5760 nəfər vəfat edib, aktiv xəstə sayı 53210 nəfərdir.
Ölkədə son sutka ərzində 19017, hazırkı dövrədək isə 4517734 test aparılıb.
Vaksinasiya STATİSTİKASI: Son sutkada 85760 doza peyvənd vurulub
1247