Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib

16:18 - 03 / 09 / 2021
Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib

Azərbaycanda dairə seçki komissiyalarına yeni sədr və katiblər seçilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, məlum olduğu kimi ötən iclasda 125 dairə seçki komissiyası formalaşdırılıb və artıq həmin komissiyalar fəaliyyətə başlayıb.

MSK sədri bildirib ki, növbəti addım məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır: “Məntəqə seçki komissiyaları formalaşdırılarkən nəzərə alınmalıdır ki, MSK tərəfindən buraxılmış seçki məntəqələrin komissiyaların üzvləri heç bir sençki komissiyasında üzv kimi iştirak edə bilməzlər.

Seçki məntəqələri yenidən formalaşdırılır. Buraxılmış məntəqələrin komissiya üzvləri hazırda heç bir səlahiyyətə malik deyillər”.

Paylaş:
352

Son xəbərlər

Bütün xəbərlər