Rusiyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Qafar Ağayev10:02 - 03 / 09 / 2021
Rusiyada təqaüdlü təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

Rusiya Federasiyası (RF) 2022-2023-cü tədris ili üzrə RF federal büdcə hesabına təhsil təqaüd proqramı elan edir.

1news.az xəbər verir ki, bakalavriat, magistratura və doktorantura təhsil səviyyələri üzrə elan edilən təqaüd proqramına müraciət üçün yaş məhdudiyyəti yoxdur. Proqram çərçivəsində tədris rus dilində aparılacaq.

Təqaüd proqramına müraciət üçün son tarix 1 noyabr 2021-ci il nəzərdə tutulub.

Ətraflı məlumatı elan vasitəsilə əldə edə bilərsiniz.

Paylaş:
586

Son xəbərlər

Bütün xəbərlər