Günün koronavirus STATİSTİKASI açıqlandı: Aktiv xəstə sayı azalıb
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 445 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir.
Ölkədə son sutka ərzində 115 50, hazırkı dövrədək isə 4 563 070 test aparılıb.
1164