Schneider Electric Azərbaycanın Abşeron qaz yatağını elektrik enerjisi ilə təmin edecək | 1news.az | Xəbərlər
Cəmiyyət

Schneider Electric Azərbaycanın Abşeron qaz yatağını elektrik enerjisi ilə təmin edecək

Qafar Ağayev10:29 - 06 / 09 / 2021
Schneider Electric Azərbaycanın Abşeron qaz yatağını elektrik enerjisi ilə təmin edecək

Schneider Electric ölkənin ən böyük və yeni neft və qaz yatağına təhlükəsiz və etibarlı elektrik enerjisi ilə təchiz edən kompakt “E-House” elektrik enerjisi avadanlığını təhvil verdi.

Schneider Electric Azərbaycanın ən yeni qaz yatağı olan Abşerondakı dəniz qurğularını enerji ilə təmin edən geniş çeşidli texnologiyalar təqdim edir. “E-House” adlanan avadanlıq təhlükəsiz və etibarlı elektrik enerjisinin təmin olunması üçün enerji və nəzarət cihazlarını kompakt tərtibat şəklində bir araya gətirərək 2021-ci ilin avqustunda təhvil verildi.

Azərbaycanın paytaxtı Bakı şəhərindən təxminən 100 kilometr məsafədə, Xəzər dənizində yerləşən Abşeron qaz yatağı 350 milyard kubmetr qaz ehtiyatına malikdir. Yatağın işlənməsi SOCAR və TotalEnergies şirkətlərinin birgə müəssisə olan JOCAP tərəfindən həyata keçirilir. JOCAP şirkəti yatağı bir neçə mərhələdə işləyir. Hal-hazırda həyata keçirilən ilk mərhələdə il ərzində təxminən 1,5 milyard kubmetr qazın hasil edilməsi planlaşdırılır. İkinci mərhələdə, hasil edilməsi planlaşdırılan qazın həcmi il ərzində 5 milyard kubmetrə çatdırılacaq.

SOCAR və TotalEnergies şirkətlərinin birgə müəssisə olan JOCAP müəssisə ilə əməkdaşlıq edən Schneider Electric şirkəti layihənin qrafikinə uyğun və dəniz qurğularının elektrik enerjisinə olan tələbatını ödəyəcək çözüm təqdim edib. “E-House” avadanlığına aşağı və orta gərginlikli cihaz, transformatorlar və fasiləsiz elektrik enerjisi qurğusu daxildir. Bu çoxəhatəli avadanlıq, iqlim nəzarəti (istilik, ventilyasiya və havalandırma), işıqlandırma və köməkçi enerji, təhlükəsizlik, yanğın və qaz idarəçiliyi ilə əlaqədar köməkçi enerji sərfiyyatına çəkilən xəclərə qənaət etməyə imkan yaradır.

Schneider Electric şirkətinin Mərkəzi Asiya üzrə Baş Meneceri Dan Vlaskianu deyib: “Azərbaycanın iqtisadi inkişafında mühüm yer tutan Abşeron qaz yatağı qeyri-adi əməliyyat mühitində ən yüksək keyfiyyət standartlarına cavab verən və layihənin icrasının davam etdiyi müddətdə hər zaman quraşdırılmağa hazır olan elektrik enerjisi və nəzarət həlləri tələb edir. Schneider Electric şirkəti hər iki tələbi yerinə yetirməyə qadirdir və bizim avadanlığımız Müştərimizin yataqda qaz hasilatının artırılmasına yönəlmiş əməliyyatları elektrik enerjisi ilə təmin edir”.

Schneider Electric şirkətinin Layihə Meneceri Osman Avcılar əlavə edib: “Bizim sistem əlverişli və yığcam olduğundan, hətta dənizdəki qazma qurğuları kimi mühitdə də elektrik enerjisinin təmin olunmasına şərait yaradır. Bu layihə bizim elektrik enerjisinin hər yerə təchiz edilməsinə malik olduğumuz təcrübəni əks etdirir və Azərbaycan iqtisadiyyatı üçün vacib layihədə mühüm rol oynamaqdan qürur duyuruq. Bizim texnologiyalar Abşeron yatağındakı əməliyyatları daim təhlükəsiz və etibarlı elektrik enerjisi ilə təmin edəcək.”

Əlavə məlumat üçün əlaqə saxlayın: [email protected]

Schneider Electric haqqında

Schneider Electric şirkəti Evlərdə, Binalarda, Məlumat Mərkəzlərində, İnfrastruktur və Sənaye sahələrində Enerjinin İdarə olunmasının və Avtomatlaşdırılmasının Rəqəmsal Transformasiyası üzrə liderdir. Dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərən Schneider Enerji İdarəçiliyi – Orta Gərginlik, Aşağı Gərginlik, Təhlükəsiz Gərginlik və Avtomatlaşdırma Sistemləri üzrə mübahisəsiz liderdir. Bizim qlobal Ekoloji sistemdə biz real vaxtda nəzarətin və əməliyyatın effektiliyinin təmin edilməsi üçün Açıq Platformamız çərçıvəsində ən böyük Tərəfdaş, İnteqrator və Layihəçi İcması ilə əməkdaşlıq edirik. Biz inanırıq ki, möhtəşəm insanlar və tərəfdaşlar Schneider şirkətini böyük bir şirkət edir və bizim İnnovasiya, Müxtəliflik və Davamlılığa yönümlü fəaliyyətimiz hər yerdə, hər kəs üçün və hər zaman Həyatın Davam Etməsini təmin edir.

Ətraflı məlumat üçün: https://www.se.com/en/

Reklam hüququnda

Paylaş:
794

Son xəbərlər

Bütün xəbərlər