Emin Əmrullayev: “Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik” | 1news.az | Xəbərlər
Cəmiyyət

Emin Əmrullayev: “Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik”

14:41 - 07 / 09 / 2021
Emin Əmrullayev: “Vaksin sertifikatı təqdim etməyənlərə güzəşt etməyəcəyik”

“Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik”.

1news.az-ın məlumatına görə, bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə deyib.

Nazir bildirib ki, bununla bağlı qaydalar hazırlanır: “Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".

1news.az

Paylaş:
257

Son xəbərlər

Bütün xəbərlər