Sabiq icra başçısı həbsxanada vəfat etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabiq icra başçısı həbsxanada vəfat etdi

13:40 - 08 / 09 / 2021
Sabiq icra başçısı həbsxanada vəfat etdi

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

1news.az Axar.az-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.

Paylaş:
526

Son xəbərlər

Bütün xəbərlər