Bakıda I sinfə elektron qeydiyyatla bağlı 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb
Sentyabrın 8-nə (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 49 min 171 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən 1news.az-a bildirilib ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 10 min 693 müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1038-i məktəblərdə fəaliyyət göstərən alternativ qeydiyyat mərkəzlərində, 1478-i onlayn alternativ qeydiyyat mərkəzlərində (vatsap müraciətləri), 6205-i sistemin “Əlaqə” bölməsində, 1972-si isə telefon vasitəsilə cavablandırılıb.
440