Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Qafar Ağayev09:04 - 08 / 09 / 2021
Hacıqabulda iki yük avtomobili toqquşub, xəsarət alan var

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Hacıqabul rayonunun Qarasu kəndində “KamAZ” və “Mercedes” markalı iki yük avtomobili toqquşub.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan "КамАЗ" markalı yük avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər