FHN ötən gün 5 nəfəri xilas etdi | 1news.az | Xəbərlər
Cəmiyyət

FHN ötən gün 5 nəfəri xilas etdi

Qafar Ağayev13:04 - 09 / 09 / 2021
FHN ötən gün 5 nəfəri xilas etdi

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 46 halda yanğına çıxış, 2 halda köməksiz vəziyyətdə qalma və 1 nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

FHN-in mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 5 nəfər, o cümlədən nəqliyyat qəzası zamanı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfər xilas olunub.

Nazirlik əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər