Əlahiddə Ümumqoşun Orduda hava hücumundan müdafiə üzrə kompleks məşq keçirilib - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda hava hücumundan müdafiə üzrə kompleks məşq keçirilib - FOTO - VİDEO

Qafar Ağayev14:47 - 09 / 09 / 2021
Əlahiddə Ümumqoşun Orduda hava hücumundan müdafiə üzrə kompleks məşq keçirilib - FOTO - VİDEO

Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrində kompleks məşq keçirilib.

Müdafiə Nazirliyindən 1news.az-a verilən məlumata görə, şəxsi heyətin sayıqlığını və peşəkarlığını yoxlamaq üçün məşqə Ordu aviasiyası da cəlb edilib.

Kompleks məşqə Əlahiddə Ümumqoşun Ordunun hava hücumundan müdafiə birləşmə, hissə və bölmələrinin yüksək döyüşə hazırolma vəziyyətinə gətirilməsi ilə başlanılıb.
Plana əsasən zenit-raket, radiotexniki və quru qoşunlarının hava hücumundan müdafiə bölmələri ilə qarşılıqlı əlaqədə şərti düşmən zərbələrinin dəf edilməsi məşq etdirilib.
Komandir və döyüş heyətlərinin real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılması vərdişlərinin təkmilləşdirilməsi məqsədilə şərti düşməni təqlid edən Ordu aviasiyası praktiki uçuşlarla məşqlərə cəlb edilib.

Pilotlar tərəfindən hava hücumundan müdafiə vasitələrinin təsirinin dəf edilməsi üçün mürəkkəb pilotoji manevrlər yerinə yetirilib.

Radiotexniki bölmələrin kəşfiyyat vasitələri ilə düşmən hədəfləri aşkarolunma həddinə çatdıqda əldə olunmuş məlumatlar komanda məntəqəsinə ötürülüb. Döyüş heyətləri tərəfindən hava hücum vasitəsinin dövlət hava sərhəddinə uçub çatma vaxtı və zenit-raket divizionlarının məhvetmə zonasına girmə ardıcıllığı üzrə hesabatlar aparılıb.

Düşmənin hava hücum vasitələri növbətçi qüvvələrin 1 nömrəli hazırlığa gətirilmə həddinə çatdıqda zenit-raket bölmələrinə 1 nömrəli hazırlıq elan olunaraq alınmış döyüş tapşırığına əsasən zenit-raket bölmələrinin komanda məntəqəsi hədəflərin aşkarlanması, izlənməsi və məhv edilməsi üzrə fəaliyyətləri yerinə yetirib.

Döyüş heyətləri tərəfindən zenit-raket bölmələrinin raket ehtiyatının təyin olunmuş normaya çatdırılması üçün buraxıcı qurğulara döyüş raketləri doldurulub.
Quru qoşunlarının hava hücumundan müdafiə bölmələri aşağı və ən aşağı hündürlüklərdə fəaliyyət göstərən düşmənin aşkarlanması, müşahidə və məhv edilməsi üzrə döyüş tapşırıqlarının icrasına davam ediblər.

Ehtiyatda olan zenit-raket bölmələri ümumqoşun birləşmələrinin hava hücumundan müdafiəsini təmin etmək məqsədilə təyin olunmuş start mövqelərinə yerdəyişməni həyata keçiriblər.

Obyektlərin və birləşmələrin hava hücumundan müdafiəsini təmin edərkən qorunan ümumqoşun birliklərinin döyüş fəaliyyətlərindən asılı olaraq zenit-raket qoşunlarının hissə və bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri arasında 3 mərhələdən ibarət qarşılıqlı əlaqə yaradılıb.

Birinci mərhələdə düşmənin hava hücum vasitələrinin obyektlərə və qoşun qruplaşmalarına zərbə vurmasının və dərinliklərə doğru uçub keçməsinin qarşısını almaq məqsədilə vahid hava hücumundan müdafiə sistemi qurulub. Bu zaman atışlar üzrə qarşılıqlı əlaqə hədəflərə görə qüvvələrin cəmləşdirilməsi və ya bölüşdürülməsi yolu ilə aparılıb.

İkinci mərhələdə zenit-raket qoşunlarının bölmələri ilə quru qoşunlarının hava hücumundan müdafiə bölmələri atəş və məlumat mübadiləsi üzrə qarşılıqlı əlaqə yaradıblar. Atışın aparılması üzrə qarşılıqlı əlaqənin əsas üsulu qüvvələrin sektorlara və hündürlüklərə görə bölüşdürülməsi ilə icra olunub.

Üçüncü mərhələdə zenit-raket və quru qoşunlarının hava hücumundan müdafiə bölmələrinin atəş zonaları bölündüyünə görə onlar arasında məlumat mübadiləsi həyata keçirilib.

Beləliklə də real döyüş şəraitində hava hücumundan müdafiə döyüşünün aparılmasını kompleks şəkildə məşq edən bölmələr yüksək peşəkarlıq və ustalıq nümayiş etdiriblər.

Paylaş:
371

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər