DİM: XI sinif üzrə buraxılış imtahanının nəticələrinin 5 gün ərzində elan olunması nəzərdə tutulur | 1news.az | Xəbərlər
Cəmiyyət

DİM: XI sinif üzrə buraxılış imtahanının nəticələrinin 5 gün ərzində elan olunması nəzərdə tutulur

Qafar Ağayev16:31 - 09 / 09 / 2021
DİM: XI sinif üzrə buraxılış imtahanının nəticələrinin 5 gün ərzində elan olunması nəzərdə tutulur

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən IX və XI sinif şagirdləri, eləcə də eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 9-da əlavə imtahan keçirib. Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də bu gün imtahan veriblər.

DİM-dən 1news.az-a bildirilib ki, XI sinif üzrə buraxılış imtahanının nəticələrinin isə açıq tipli tapşırıqların yoxlanılmasına görə yaxın 5 gün ərzində elan olunması nəzərdə tutulur.

Bu gündən etibarən DİM-də imtahan protokolları, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

Paylaş:
477

Son xəbərlər

Bütün xəbərlər