Masallıda bir nəfər özünü quyuya ataraq intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Masallıda bir nəfər özünü quyuya ataraq intihar edib

Qafar Ağayev09:00 - 10 / 09 / 2021
Masallıda bir nəfər özünü quyuya ataraq intihar edib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Mahmudavar kəndində 1 nəfərin özünü su quyusuna atması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin ən yaxın xilasetmə qüvvələri - Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri köməyə cəlb olunub. Həyata keçirilən tədbirlər nəticəsində 1968-ci il təvəllüdlü Qüdrətov İnqilab Eynəli oğlunun meyiti dərinliyi təqribən 13 metr olan quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Paylaş:
383

Son xəbərlər

Bütün xəbərlər