Eldar Əzizov Kiyevdə səfərdədir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Eldar Əzizov Kiyevdə səfərdədir - FOTO

S.Xankişiyeva09:11 - 10 / 09 / 2021
Eldar Əzizov Kiyevdə səfərdədir - FOTO

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun başçılıq etdiyi nümayəndə heyəti Kiyev şəhərinin meri Vitali Kliçkonun dəvəti ilə Ukrayna paytaxtına səfərə gəlib.

1news.az-ın verdiyi xəbərə görə, səfərin ilk günü Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və nümayəndə heyəti Kiyevdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər güllər düzüb.

Səfər çərçivəsində nümayəndə heyətinin Kiyevdə bir sıra görüşləri nəzərdə tutulub.

Paylaş:
466

Son xəbərlər

Bütün xəbərlər