“Yeni Klinika”: Yaqub Zurufçunun vəziyyəti ağır stabil olaraq qalır – YENİLƏNİB
Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağır qiymətləndirilir".
1news.az-ın verdiyi xəbərə görə, bu barədə "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib.
O qeyd edib ki, sənətçi qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir: "Vəziyyətinə uyğun intensiv terapiya aparılır. Vəziyyəti ağır stabil olaraq qalır".
11:43
Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Əməkdar artistin həyat yoldaşı Aynur Zurufçu bildirib ki, sənətçinin vəziyyəti ağır olaraq qalır.
“Səhər həkimi ilə danışdım. Bildirdi ki, heç bir dəyişiklik yoxdur. Vəziyyəti ağır stabil olaraq qalır. Müalicəsi davam etdirilir”, - A.Zurufçu qeyd edib.