Yaqub Zurufçunun son durumu açıqlanıb – YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Yaqub Zurufçunun son durumu açıqlanıb – YENİLƏNİB

S.Xankişiyeva13:40 - 11 / 09 / 2021
Yaqub Zurufçunun son durumu açıqlanıb – YENİLƏNİB

Koronavirusa yoluxduğuna görə "Yeni Klinika” Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilən Əməkdar artist Yaqub Zurufçunun son durumu açıqlanıb.

1news.az-a "Yeni Klinika”nın reanimasiya şöbəsinin müdiri Emil Qasımov bildirib ki, sənətçinin vəziyyəti ağır qiymətləndirilir.

"Qeyri invaziv süni tənəffüs aparatı dəstəyindədir. Saturasiyasi 95-96-dır, qızdırması yoxdur. Vəziyyətinə uyğun intensiv terapiya davam edir. Vəziyyəti ağır stabil olaraq qalır",- şöbə müdiri bildirib.

11:41

Koronavirusa yoluxan və vəziyyəti ağır olan Əməkdar artist Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə sənətçinin həyat yoldaşı Aynur Zurufçu deyib.

O bildirib ki, xaricdən gələn həkimlər yerli həmkarları ilə birlikdə Y.Zurufçunun durumunu izləyiblər:

“Həkimlər ötən gecə 2-3 saat Yaqubun başının üstündə olublar, konsilium edib və vəziyyətini dəyərləndiriblər. Bunun nəticəsi olaraq müalicə və terapiya ilə bağlı qərarlar veriləcək. Nəticə barədə bu gün məlumat alacağıq”.

Paylaş:
951

Son xəbərlər

Bütün xəbərlər