Səyyad Əlizadənin son vəziyyəti açıqlanıb – YENİLƏNİB
Bir neçə saat əvvəl məşhur müğənni, xalq mahnıları və estrada ifaçısı Səyyad Əlizadə Zığ qəsəbəsində koronavirus xəstələri üçün nəzərdə tutulan modul tipli xəstəxanaya yerləşdirilib.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bu barədə müğənninin qardaşı Səccad Əlizadə deyib.
O bildirib ki, Səyyad Əlizadə 10 gün ərzində xəstə olub: "Bu gün onun vəziyyəti kəskin pisləşib və xəstəxanaya yerləşdirilib. O, hazırda süni nəfəs aparatına qoşulub. Həkimlər analiz götürüb, müalicə aparılır".
14:11
Tanınmış müğənni Səyyad Əlizadə koronavirusa yoluxub.
1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bunu müğənninin qohumu Razim Qarayev deyib.
O bildirib ki, S.Əlizadə 10 gün əvvəl COVİD-19 infeksiyasına yoluxub: "Ötən gün vəziyyəti ağırlaşdı. Axşam təcili yardım çağırdıq. Bu gün səhhəti daha da pisləşdiyindən Zığ qəsəbəsində yerləşən modul tipli hospitala yerləşdirilib.
Hazırda reanimasiya şöbəsindədir və süni tənəffüs aparatına qoşulub. Müəlicəsi davam etdirilir, ancaq vəziyyəti ağırdır".